YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Əfv sərəncamı humanizmin parlaq nümunəsidir

«Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam humanizmin parlaq nümunəsidir». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu cür sərəncamlarla vətəndaşlara cəmiyyətə yenidən inteqrasiya etmək imkanı yaradılır. Onun sözlərinə görə, bu, cəmiyyətdaxili münasibətlər baxımından çox əhəmiyyətlidir.

«Sərəncam, həmçinin, cəmiyyətdə ictimai barışa, sülhə, əmin-amanlığa, vətəndaşların bir-birinə normal münasibətinə xidmət edən, bu istiqamətdə topluma mühüm mesajlar verən mühüm addımdır. Digər tərəfdən isə, bu, dövlətin öz vətəndaşına verdiyi yüksək qiymətin göstəricisidir. Bütövlükdə, Azərbaycan cəmiyyəti növbəti əfv sərəncamının imzalanmasını yüksək qiymətləndirir»- deyə, A.Quliyev vurğulayıb.