YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: İqtisadi nailiyyətlər əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır

“Azərbaycanda innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin strateji hədəflərini təşkil edir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycan inkişaf baxımından dünyanın lider dövlətləri sırasındadır. Onun son sözlərinə görə, son 15il ərzində ölkənin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artıb, 2 milyona qədər yeni iş yerləri yaradılıb, əhalinin gəlirləri dəfələrlə artıb.

“İqtisadi nailiyyətlər əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır. Ölkəmizdə qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetirilir. Həyata keçirilən siyasət ilk növbədə, sosial müdafiə tədbirlərində əhatəliliyin, şəffaflığın və ünvanlılığın təminatına, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”-deyə, komitə sədri vurğulayıb.