YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb

Yanvarın 21-də Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq komitəsinin nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

İşçi qrupun rəhbəri Fəttah Heydərov ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb, əməkdaşlığımızın zəngin və şərəfli tarixə malik olduğunu qeyd edib. O, parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. İki ölkə arasında iqtisadi, mədəni sahələrdə də uğurlu addımlar atılıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fəttah Heydərov bu münaqişənin həlli məsələsində Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. İşçi qrupun rəhbəri vurğulayıb ki, Səudiyyə Ərəbistanının işğalçılıq siyasəti yürüdən Ermənistanla heç bir diplomatik əlaqə qurmaması Azərbaycanda yüksək dəyərləndirir.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq komitəsinin rəhbəri Fayez bin Abdulla Al-Şehri bu səfərin ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Qonaq iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni yollar axtarmağın önəmini qeyd edib.