YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir

“Prezident  İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman böyük əhəmiyyət kəsb edir. İdarəetmədə aparılan islahatlar Azərbaycanın yeni mərhələdə inkişafına daha da təkan verəcək”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi Azərbaycanda idarəetmə dünyanın inkişaf etmiş hissəsində müşahidə edilən idarəetmə özəlliklərini mütləq nəzərə almalıdır. Onun sözlərinə görə, Azərbaycan demokratik və sivil idarəetməni əsas xətt kimi seçib və bu kontekstdə digər aparıcı dövlətlərlə təcrübə mübadiləsinə tam açıqdır.

“Azərbaycan da dünya dövlətlərində idarəetmə sahəsində özünü göstərən özəl prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaradır. Bütövlükdə fərmanin imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir. Yəni Azərbaycanın dövlət başçısı çevik surətdə struktur islahatlarını inkişaf etdirir. Azərbaycan dinamik və hərtərəfli inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Təbii ki, bu zaman paralel strukturlar, səmərəliliyi lazımi səviyyədə olmayan qurumlar və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatlar idarəetmə vahidi kimi əvəzlənməlidir. Həmin işlərin reallaşması üçün isə sistemli islahatlar aparılmalıdır. Prezidentin imzaladığı Fərman bu kontekstdə olduqca əhəmiyyətli sənəd olmaqla Azərbaycanda milli dövlət quruculuğu kursunun bütün prinsiplərinə tam uyğundur”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.