YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Gəncəliyev: Nazirlərin görüşü münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi artırır

“Yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək görüş uzun müddətdir ki, davam edən münaqişənin sülh yolu ilə həllində irəliləyişin əldə olunmasına ümidlərimizi daha da artırır”. Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev bildirib ki, görüşün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcəyinə ümidvardır.

"Əminik ki, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həlli regional əməkdaşlıq üçün yeni imkanlar açacaq və regionda davamlı inkişaf, sabitlik və rifahın bərqərar olmasına, eləcə də ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da yararlanmasına səbəb olacaq”-deyə, o, qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv