YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar Quliyev: İqtisadiyyatın sürətli inkişafı və uğurlu islahatlar fonunda dünyada Azərbaycan iqtisadiyyatına maraq artıb

“İqtisadiyyatın sürətli inkişafı və uğurlu islahatlar  fonunda dünyada  Azərbaycan iqtisadiyyatına maraq artıb”. Bu fikri Milli Məclisin deputatı Eldar Quliyev deyib.

E.Quliyev bildirib ki, iqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması önəmli nəticələr verir. Onun sözlərinə görə, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi prosesi uğurludur.

“Azərbaycanın beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Prezident İlham Əliyevin siyasətinin nəticəsində mümkün olub”-deyə, deputat qeyd edib.