YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Dövlət Miqrasiya Xidmətinə işə qəbul olanların sayı məlum olub

Ötən il Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar iki müsabiqə üzrə elan verib. Onlardan biri kiçik heyətə əməkdaşların qəbul edilməsi, ikincisi isə orta rütbəli heyətə işçilərin qəbul edilməsi ilə bağlı olub.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin 2018-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmətin rəisi Vüsal Hüseynov məlumat verib.

Vüsal Hüseynov bildirib ki, birinci elan olunmuş müsabiqə üzrə kiçik heyətə imtahanlardan keçmiş 9 nəfər xidmətə işə qəbul olunub.

İkinci müsabiqədə orta rütbəli heyətə işçilərin qəbul edilməsi ilə bağlı isə 14 vakant yer üçün elan verilmişdi. Bu yerlər üçün DMX-yə qəbulla bağlı 435 nəfər müraciət etmişdi. Onlardan 117 nəfər birinci mərhələ olan test imtahanı mərhələsindən keçib. Həmin namizədlərlə bağlı ikinci mərhələ hazırda icraatdadır və müsahibə mərhələsi davam edir.