YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan öz yolu ilə uğurla gedir

“2018-ci il sona yaxınlaşır. Hər il idmançılarla görüş zamanı biz ilin idman yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. 2018-ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bütün sahələrdə, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə etmişdir.

Dünyada isə bildiyiniz kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir.”Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilmişdir: “Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur.”