YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Tacikistan parlamentinin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistana rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin rolunun əhəmiyyəti vurğulandı. Bildirildi ki, dərin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycan ilə Tacikistan dost və tərəfdaş ölkələrdir. Vurğulandı ki, ölkələrimizin daha da yaxınlaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Səfər çərçivəsində Azərbaycan və Tacikistan prezidentlərinin imzaladıqları Birgə Bəyannamənin əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə edildi.