YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Ölkəmizdə insan hüquqları ilə bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunub

“Ombudsman Aparatı insanların hüquq və azadlıqlarının qorunması istiqamətində BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq şəraitində çalışır”. Bu fikri Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 64 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib və bunlar on minlərlə insana şamil olunub.

Dövlətimizin ali məqsədinin insan hüquqlarının müdafiəsi olduğunu deyən ombudsman vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb.

“Ölkəmizdə insan hüquqları ilə bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunub. Bu gün özlərini demokratiyanın beşiyi hesab edən ölkələrdə ksenofobiya, dini, irqi ayrı-seçkilik halları baş versə də, Azərbaycanda isə bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar”-deyə, ombudsman qeyd edib.