YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatında “Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda anım tədbiri keçirildi

Bu gün  Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qərargahında Umummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda anım tədbiri keçirildi.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla anılmışdır. Tədbirdə  Ağstafa rayon icra hakimiyyətinin ictimayi-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini, dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev cıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar olaraq YAP Ağstafa rayon təşkilatının  tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planına əsasən rayonda anım tədbirləri həyata keçirilir. Keçirilən tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumatlar verilir.

Anım tədbirində YAP Ağstafa rayon təşkilatı idarə heyətinin üzvü Kamran Abbasov, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa  regional Mədəniyyət idarəsinin rəis müavini Gülgün Kərimov, Ağstafa rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli cıxışlar edərək Heydər Əliyevin ictimayi siyasi fəaliyyətinin müstəqil Azərbaycanın dayanıqlı inkişafın təmin edilməsində və müstəqilliyinin qorunub saxlanmasında bir bünövrə olduğu qeyd etdilər. Çıxışlarda bildirildi ki, Ulu Öndərin irsinin onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bu gün də özünü hər bir sahədə göstərməkdədir.