YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Əmiraslanov: Aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində xüsusi rol oynayır

Aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində xüsusi rol oynayır.

Bu sözləri dekabrın 10-da Azərbaycanda ilk dəfə keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov deyib.

O bildirib ki, aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir: "Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür. Bu sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib. Çünki o dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində və yoxsulluğun azaldılmasında xüsusi rol oynayır. Bugünkü forum da aqrar innovasiyaların tətbiqi ilə bağlı məsələlərin səmərəli müzakirəsinə və təcrübə mübadiləsinə öz töhfəsini verəcək".