YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars Avropa-Asiya dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək

Ötən illər ərzində Azərbaycan qeyri-neft sektorunun, xüsusilə də ölkədə biznes və sərmayə mühitinin inkişafı və nəqliyyat infrastrukturlarının inşası və buraya sərmayə qoyulması istiqamətində nəzərə çarpacaq addımlar atıb. Lakin bizim səylərimiz yalnız Azərbaycanla məhdudlaşmır. Azərbaycan Hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu ölkələr və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır. Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu var. Yeni İpək Yolu adlanan Bakı-Tbilisi-Qars trans-Avropa və trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov “ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı zamanı deyib.

Nazir deyib: “Şübhəsiz ki, bağlılıq əməkdaşlığımızın və dayanıqlı iqtisadi artımın möhkəmlənməsinə töhfə verə bilir. ATƏT-in Nazirlər Şurasının 2016-cı il tarixli Hamburq Sammitinin bağlılığın təşviq edilməsi və yaxşı idarəetmənin möhkəmləndirilməsi ilə bağlı qərarı, eləcə də ATƏT-in əvvəlki bütün müvafiq sənədləri və qərarları bu istiqamətdə əməkdaşlıq üçün faydalı çərçivəni təmin edir.

Ticarətin davamlı şəkildə artan həcmini nəzərə alaraq, aydındır ki, bir-biri ilə rəqabətdə olmayan, lakin bir-birini tamamlayan etibarlı ticarət marşrutlarının müxtəlifliyi olmalıdır”.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Hökumətinin başqa bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd prosedurlarının səmərəliləşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir. Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.

“Xüsusilə qeyd etmək istədiyim bir sahə Yeni Bakı Limanı ətrafında Azad Ticarət Zonasının yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylərimizdir. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.

İcra üçün artıq hazır olan, Azərbaycanı və Mərkəzi Asiyadakı tərəfdaşlarımızı, habelə potensial olaraq Əfqanıstanı da əhatə edəcək “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsi Avropa və Asiya arasında bağlılığı daha da gücləndirəcəkdir. Fürsətdən istifadə edərək, bu mühüm layihəni ərsəyə gətirdiyi üçün ATƏT-in iqtisadi və ətraf mühit fəaliyyətləri üzrə əlaqələndiricisi səfir Vuk Zuqiç və onun komandasına təşəkkür edirəm və ATƏT-in üzv dövlətlərini bunun reallaşmasına töhfə verməyə çağırıram”, - deyə nazir vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv