YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: "Qlobal Terrorçuluq İndeksi"ndə Azərbaycanın mövqeyini yaxşılaşdırması təqdirəlayiq haldır

İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı yeni "Qlobal Terrorçuluq İndeksi"ndə Azərbaycanın mövqeyini yaxşılaşdırması təqdirəlayiq haldır”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan millli maraqlara əsaslanan səmərəli daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizin dinamik inkişafı təmin edilib, bütün sahələrdə mühüm uğurlar əldə edilir, respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir.

“Bununla yanaşı, Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin olunub və etibarlı təhlükəsizlik mühiti hökm sürür.  Ölkəmizin yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdırması da bunun bariz nümunəsidir. Bu, ölkəmizdə terror təhlükəsinin praktiki olaraq mövcud olmadığını, Azərbaycanın, sözün əsl mənasında, sabitlik adası olduğunu göstərir”-deyə, deputat qeyd edib.