YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundestaqın deputatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniya hökumətinə sorğu göndəriblər

Almaniya Bundestaqındakı Solçular fraksiyasının deputatları Katrin Kunert, Volfgang Gerke, Annette Groth, Heike Hänsel, İnge Höger, Andrej Hunko, Mixael Leutert və Stefan Liebich AFR Hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğu göndəriblər.

Sorğuda bu fraksiyasının mövqeyi olaraq BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa Şurası və digər beynəlxalq təşkilat və institutların qərar və qətnamələrinə əsasən Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu qeyd olunur, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və işğal olmuş digər ərazilərə geri qayıtmaq hüququ tanınır.

Solçular, ATƏT–in Minsk qrupunun sözügedən münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə AFR hökumətinin münaqişənin həllinə indiyə qədər verdiyi töhfə və bundan sonra göstərə biləcəyi köməklik, və s. məsələlərə aydınlıq gətirməsini istəyiblər.

Sənəddə, həmçinin Rusiyanın son zamanlar vasitəçilik səylərini artırmasına, eləcə də cari ilin avqust ayında təmas xəttində atəşkəsin intensiv şəkildə pozulmasının danışıqlar prosesinə təsiri barədə AFR hökumətinin mövqeyi soruşulur.