YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Hazırda gənc alimlərin elmi iş aparmaq imkanları çoxdur

«Bu gün Azərbaycanda gənc alimlər üçün prioritet istqamətlər energetika, biotexnologiya, tibb sahəsi ola bilər». Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, hazırda  gənc alimlərin elmi iş aparmaq imkanları çoxdur. Onun sözlərinə görə, son 2-3 il ərzində AMEA institutlarında, elmi təşkilatlarında və digər başqa təhsil müəssisələrində sovet dövründən qalmış cihazlar yeniləri ilə əvəz edilib. Bu isə gənc alim üçün yaradılan əsas imkandır.

«Eyni zamanda, Azərbaycanda impakt indeksli elmi jurnallarda çox sayda məqalələr çap etdirən gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur. Bu məqsədlə AMEA büdcə vəsaiti hesabına müsabiqə elan etməyi planlaşdırır.

Biz müsabiqələr elan edirik ki, gənc alimlər üçün stimul yaransın»- deyə, AMEA prezidenti vurğulayıb.