YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Türkmənistan dövləti ilə bizi bir sıra layihələr birləşdirir

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistana rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır. Həm tarixi yaxınlıq baxımından, həm də dilimizin, ənənələrimizin yaxınlığı baxımından Türkmənistan bizim üçün dost və tərəfdaş ölkədir ”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Türkmənistan dövləti ilə bizi bir sıra layihələr birləşdirir. Onun sözlərinə görə, bu layihələrin sürətlə həyata keçməsi istiqamətində cənab Prezidentin Türkmənistana rəsmi səfəri əlbəttə ki, böyük rol oynayacaq.

“Səfər zamanı bir çox sahələr üzrə müqavilələrin imzalanması həm iki ölkə arasında münasibətlərin, həm də regionda ölkələrarası münasibətlərin inkişafında əhəmiyyəti bir rol oynayacaq. Səfər çərçivəsində Türkmənistan Prezidentinin Azərbaycana, ölkəmizdəki inkişafa verdiyi qiymət, Azərbaycan  Prezidentinin çox böyük hörmətlə, ehtiramla qarşılanması onu göstərir ki, Azərbaycanın bölgədə və dünyada nüfuzu daha artır. Dünya ölkələri Azərbaycanla əməkdaşlığa, partnyorluğa, iş birliyinə can atırlar. Bu da ölkəmizin artan nüfuzunun göstəricisidir”-deyə, J.Əliyeva vurğulayıb.