YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi İpək Yolunun inkişafına xidmət edəcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu nəinki region ölkələri, eyni zamanda, bu xəttə qoşulacaq digər ölkələr üçün də çox mühüm əhəmiyyətə malikdir.

Bu fikri TRASECA Hökumətlərarası Komissiyasının baş katibi Eduard Biryukov oktyabrın 16-da Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” adlı beynəlxalq konfransda səsləndirib.

BTQ dəmir yolunun Asiya və Avropa arasında yük və sərnişin axınının artmasına gətirib çıxaracağını vurğulayan E.Biryukov bildirib ki, bu layihə, eyni zamanda, turizm potensialına əlavə töhfə verəcək, Xəzər və Qara dəniz arasında bağlantını təmin edəcək. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə, beynəlxalq daşımalarda mühüm rol oynayır. Digər ölkələrin də bu layihəyə qoşulması nəticə etibarilə tarixi İpək Yolunun inkişafına xidmət edəcək.

 

DİGƏR Xəbərlər Arxiv