YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyası işə başlayıb

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyası işə başlayıb.

Baş Assambleyada “Dubay 2020” və “Buenos-Ayres 2023” sərgilərinin icra vəziyyəti ilə bağlı hesabatlar dinlənilib. Həmçinin “Pekin 2019”, “Amsterdam 2022”, “Doha 2021” bağçılıq üzrə və “Milan triennalı 2019” sərgiləri ilə bağlı təqdimatlar olub.

Sessiyada “Ekspo 2025” Ümumdünya Sərgisi üçün qeydiyyata alınmış namizəd şəhərlərin yekun təqdimatları olacaq. Qeyd edək ki, Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhərlərdir.

Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş olunacaq.

Günün ikinci yarısında isə üzv dövlətlər “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhərin namizədliyinə səs verəcəklər.