YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tovuzda YAP-ın yaranmasının 26-cı ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Tovuz rayonunda təntənəli tədbir keçirilib. Tədbirin iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümümmilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.

Heydər Əliyev mərkəzində davam edən tədbiri rayon Icra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq YAP-ın ötən 26 ildə keçdiyi şərəfli inkişaf yolu barədə geniş məlumat verib. Onun sözlərinə görə, YAP yarandığı gündən çox böyük uğurlara imza ataraqa xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP Azərbaycanda sabitliyin və milli həmrəyliyin yaranması, ölkəmizin inkişaf yoluna çıxarılması və dinamik inkişafı, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və Azərbaycanın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə öz töfhəsini verib. M.Məmmədov YAP-ın bu gün də partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərərək ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olduğunu bildirib.

Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov isə deyib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinə və siyasətinə sədaqətdə dönməz və sadiqdirlər.

Sonra tədbirdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi İdrak Tağıyev və Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli çıxış ediblər. Tədbirdə bir qrup partiya veteranlarına və fəallarına qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub.