YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Beynəlxalq ictimaiyyət dövlətimizin prinsipial mövqeyini qəbul etmək məcburiyyətindədir

«ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki son fəallığı müsbət qiymətləndirilməlidir». Bu fikri Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, artıq beynəlxalq təşkilatlar bu münaqişənin həll olunmasının fərqindədirlər. Onun sözlərinə görə, çünki  Azərbaycan ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcəyini dəfələrlə bəyan edib.

«Beynəlxalq ictimaiyyət dövlətimizin bu prinsipial mövqeyini qəbul etmək məcburiyyətindədir. Qərb dairələri artıq fərqindədirlər ki, bu məsələ ətrafında yaranmış şəraitdə həmsədrlər hər hansı aktivlik göstərməsələr, proses bütövlükdə mürəkkəbləşə bilər»- deyə, komitə üzvü vurğulayıb.