YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan avtomobil yollarının tarixindən və son illər respublika yollarının təmiri, bərpası və yenidənqurulnması istiqamətində həyata keçirilən tədbirlərdən geniş məruzə ilə çıxış edib.

Saleh Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, yollar sahəsində o dövr üçün böyük işlər görülüb. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə isə respublika və beynəlxalq əhəmiyyətli bir sıra layihələr gerçəkləşdirilib. Saleh Məmmədov Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində yol infrastrukturunun yenilənməsi işlərinin də uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə Azərbaycan avtomobil yollarının 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Yubiley tədbirində Türkiyə, Rusiya, Koreya Respublıkası, Çin, Yunanıstan və digər ölkələrdən qonaqlar iştirak edib.