YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər

Komanda-qərargah hərb oyunlarının (KQHO) planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.

Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.