YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib

“Dünyada gedən mürəkkəb proseslərə rəğmən ölkəmizdə Ulu öndər Heydər Əliyevin yaratdığı sosial sabitlik bazasında sosial rifah hökm sürür. Ötən illər ərzində Azərbaycanda sosial məqsədlərə ayrılan vəsaitlərin həcmi daim intensiv olaraq artıb”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, son 15 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib. Onun sözlərinə görə, proqramlarla idarəetmə, regional inkişaf,  qabaqlayıcı tədbirlər, ünvanlılıq və şəffaflıq ideyaları bu fəaliyyətin təməl prinsiplərindən olub.

“2008-ci ildən başlayaraq  dünyada gedən bütün iqtisadi və sosial kataklizmlərə baxmayaraq ötən müddətdə ölkəmizin dövlət büdcəsi həmişə sosial yönümlü və investisiya tutumlu olub. Buna əyani sübut  məhz gələn ilin büdcə xərclərinin 33.4%-inin sırf sosial məqsədlərə yönəlməsidir. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı məsələlər ortaya qoyulub. Sosial müdafiə sistemində yeni institut formalaşıb. Azərbaycanda bu sahədə ardıcıl islahatlar aparılır və bu islahatlardan biri də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasıdır”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv