YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib

Moskvada noyabrın 13-15-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilib, 2019-cu il üçün Komissiyanın İş Planı təsdiq olunub və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.