YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Lukaşenko: Azərbaycan-Belarus əməkdaşlığının daha da inkişafı üçün potensial böyükdür

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi üç dəfə artıb.

Bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə söyləyib.

A.Lukaşenko qeyd edib ki, bu, çox yaxşı bir artımdır. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün potensial daha böyükdür. Belarus Prezidenti, həmçinin humanitar sahədə Belarus-Azərbaycan əməkdaşlığına, xüsusən də təhsil əlaqələrinə diqqət yetirib. Bildirib ki, Belarusda 500-ə yaxın azərbaycanlı təhsil alır.

“Bizim qapılar Azərbaycan üçün açıqdır”,-deyə Prezident əlavə edib.

 

DİGƏR Xəbərlər Arxiv