YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Türkiyədə yaşıllaşdırma kampaniyasının Heydər Əliyev Bağından başlanması qardaşlığımızın göstəricisidir

Prezident Rəcəb Tayyib Ərdoğanın Ankaranın Batıkent rayonunun Uğur Mumcu məhəlləsində yerləşən Heydər Əliyev Bağında ağac əkməsi əhəmiyyətli hadisədir. Türkiyədə yaşıllaşdırma kampaniyasının Heydər Əliyev Bağından start götürməsi Azərbaycan-Türkiyə qardaşlığının göstəricisidir.

Bu fikirləri Heydər Əliyev Bağında təşkil olunan ağacəkmə aksiyasında iştirak edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Heydər Əliyev şəxsiyyətinin ucalığını qeyd edən Şamil Ayrım Türkiyədə “Fidanlar fidanlarla böyüyür” şüarı altında start götürən yeni yaşıllaşdırma layihəsinin rəsmi açılış mərasiminin Ankaradakı Heydər Əliyev Bağında təşkilində əməyi olanlara təşəkkürünü bildirib. O, əminliklə deyib ki, Ulu Öndərin əziz xatirəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də hər zaman böyük sevgi ilə yad ediləcək.