YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB-nin sədr müavini Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Gənclər Qolunun 4-cü iclasında iştirak edib

Rusiyanın paytaxtı Moskva şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) 10-cu Baş Assambleyası keçirilib. Baş Assambleya çərçivəsində eyni zamanda ICAPP Gənclər Qolunun 4-cü iclası keçirilib.

Iclasda Yeni Azərbaycan Partiyasını YAP GB-nin sədr müavini, ICAPP Gənclər Qolunun sədr müavini Ramin Məmmədov təmsil etmişdir. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının və Rusiyanın hakim Partiyası Vahid Rusiyanın (Единая Россия) birgə təşkilatçılığı ilə keçirilən iclasda Avropanın böyük təşkilatlarından biri DEMYC-dən, eləcə də Asiyanın bir sıra ölkələrindən nümayəndələr iştirak etmişdir.

İclasda çıxış edən Ramin Məmmədov Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqda, beynəlxalq siyasi arenada gənclərimizin müvəffəqiyyətlə təmsili barədə məlumat vermişdir.

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) 10-cu Baş Assambleyasının bağlanış mərasimində Rusiya Federasiyasının Baş naziri, Vahid Rusiya (Единая Россия) Partiyasının sədri Dmitriy Medvedev çıxış etmişdir.

 

DİGƏR Partiya xəbərləri Arxiv