YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin ofisində ingilis dili kurslarının açılış mərasimi keçirilmişdir

YAP Gənclər Birliyinin ofisində təşkil olunmuş rus dili kurslarının 1-ci mərhələsinin bağlanış, 2-ci mərhələsinin və ingilis dili kurslarının açılış mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov hazırkı şəraitdə, xarici dil bilməyin əhəmiyyətini vurğulayaraq, bildirdi ki, dil kurslarının əsas məqsədini, gənclərimizin xarici dil biliklərinin artırılması və onların dil vərdişlərinə yiyələnməsi təşkil edir.Nitqini davam etdirən Seymur Orucov onu da əlavə etdi ki, artıq ingilis dili üzrə 209, rus dili üzrə 160 gənc qeydiyyatdan keçib. Xarici dil  vərdişlərinə yiyələnməyin vacib olduğunu qeyd edən Seymur Orucov ümidvar olduğunu bildirib ki,  gənclərimiz dil biliklərini daha da təkmilləşdirərək, ölkəmizi müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə layiqincə təmsil edəcəklər.Daha sonra kurs müddətində xarici dilləri tədris edəcək müəllimlər dərslərin keçirilmə strukturu, keçiriləcək dərslərin hansı formatda olacağı, gənclərin dil biliklərinin yoxlanılaraq, səviyyələrə bölünməsi haqqında məlumat verdilər.

Tədbirin sonunda dil kurslarının 1-ci mərhələsini bitirən gənclərə sertifikatlar təqdim olundu.