YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlararası əlaqlər üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxildir.

Səfər zamanı YAP-ın nümayəndə heyətinin  üzvləri Çin Kommunist Partiyasının Çsinzyan şəhər təşkilatında olublar. Nümayəndə heyətinin üzvləri təşkilatın fəaliyyəti, iş şəraiti ilə yaxından tanış olublar.

Təşkilatın nümayəndələri ilə söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrindən geniş bəhs olunub, partiyalar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin, partiyalararası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və birgə lahiyələrin önəmi  barədə geniş fikir mübadiləsi aparılıb. Eləcə də,  münasibətlərin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu bildirilib.

Qeyd olunub ki, qarşılıqlı iş təcrübəsinin öyrənilməsi də əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.