YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib

“İnkişafın milli modelini formalaşdıran Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib. Təsadüfi deyil ki, respublikamızın iqtisadi inkişafı beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur və ekspertlər tərəfindən olduqca yüksək qiymətləndirilir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, beynəlxalq reytinq agentliklərinin və ayrı-ayrı təşkilatların hesabatlarında əks olunan məqamlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını nümayiş etdirir. “Tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilmiş Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında da ölkəmiz bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Məlumdur ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” adlı hesabata yeni indikatorlar daxil edilib. Bu hesabatda Azərbaycanla bağlı məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir. Hesabatın 12 əsas sütun indikatorundan 7-si, yəni İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşması bu baxımdan xüsusilə qeyd edilməlidir”, - deyə komitə sədri  vurğulayıb.