YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Həyata keçirilən siyasət dövlətimizin müstəqilliyini daha da gücləndirir

“Azərbaycan xalqının qədim dövlətçilik tarixi var. Bugünkü müstəqilliyimiz möhkəm təməllər üzərində qurulub”. Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, xalqımız dövlətimizin müstəqilliyi ilə qürur duyur. Onun sözlərinə görə, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpa olunması tarixi nailiyyətimizdir.

«18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Amma 1990-cı illərin əvvəlində müstəqilliyimiz böyük təhlükə altında idi. Daxildəki siyasi-iqtisadi böhran, anarxiya və Ermənistanın hərbi təcavüzü müstəqilliyimizi itirməyə səbəb ola bilərdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan müstəqilliyini növbəti dəfə itirmək təhlükəsindən xilas oldu. Ulu öndərimiz Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etdi. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası uğurlarımızın fövqündə dayanır. Bu gün Azərbaycan dövləti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf edir. Azərbaycan artıq dünyada nüfuzlu, söz sahibi olan dövlətdir. Həyata keçirilən siyasət dövlətimizin müstəqilliyini daha da gücləndirir»- deyə, Y.Mahmudov vurğulayıb.