YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: 2018-ci ilin 9 ayının nəticələri ölkəmiz üçün çox uğurlu oldu

“2018-ci ilin 9 ayının nəticələri ölkəmiz üçün çox uğurlu oldu. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin 9 ayının social-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əldə olunan nəticələr güniş təhlil olundu”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bu ilin ötən dövründə  Azərbaycan həm xarici, həm də daxili siyasətdə mühüm nailiyyətlər qazanıb, ikitərəfli və çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirib. Onun sözlərinə görə, 9 ay ərzində ölkəmizdə bır sıra  beynəlxalq tədbirlər keçirilib. Bu da ölkəmizin həm beynəlxalq aləmdə nüfuzunu artırıb, həm də dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verib.

“9 ay ərzində Azərbaycan iqtisadi sahədə də mühüm nailiyyətlərqazanıb. Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib. Bu il ərzində Cənub Qaz Dəhlizinin açılışı, TANAP layıhəsinin istifadəyə verilməsi çox mühüm hadisələr sırasındadır. Eləcə də, ölkəmizdə ixrac yönümlü məhsulların istehsal edilməsinə dəstək göstərilib, sahibkarlar üçün əlverişli şərait yaradılıb, ölkədə infrastruktur daha da yaxşılaşdırılıb. Təbii ki, bütün bunlar uğurlu siyasət nəticəsində əldə olunub. Bu uğurlar gələcəkdə daha böyük nailiyyətlərin qazanılmasını stimullaşdırır”-deyə, C.Osmanov vurğulayıb.