YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Həsənov: Radikalizmə qarşı mübarizə İslam əleyhinə əhval-ruhiyyəyə stimul verməməlidir

“Radikalizmə qarşı mübarizə İslam əleyhinə əhval-ruhiyyəyə stimul verməməlidir. Antiislam ritorikası ekstremist və terrorçu təbliğata yardım edə bilər. Təhlükəsizlik və insan hüquqları arasında tarazlıq tapmalıyıq. Mühacir və etnik icmalar Avropa multikulturalizmi üçün yeni bir sınaqdır”. Bu fikirləri Milli Məclisin deputatı Elşad Həsənov deyib.

E.Həsənov bildirib ki, Avropada mühacir və diaspor cəmiyyətlərinin radikallaşması ən qısa müddətdə həll edilməsi tələb olunan bir problemdir. Onsuz sözlərinə görə, mühacir və etnik icmaların nümayəndələri müxtəlif səbəblərə görə vətənlərini tərk edirlər, hərbi münaqişələr, sosial və iqtisadi qeyri-sabitlik buna təsir edən əsas amillərdir.

“Təəssüf ki, Yaxın Şərqdə və Şimali Afrikada baş verən qeyri-sabitlik mühacir və qaçqınların nəzarətsiz axını ilə nəticələndi. Avropa isə milyonlarla qaçqının çevik qəbuluna və səmərəli inteqrasiyasına hazır deyil. Nəticədə indi biz bəzi Avropa ölkələrində qaçqın düşərgələri və müvəqqəti sığınacaq mərkəzlərinin meydana gəlməsinin şahidiyik. Bəşəriyyət tarixi boyunca mühacir və ya qaçqınların həyatı heç zaman asan olmayıb. Yeni ölkədə mühacirin mədəni və sosial uyğunlaşması həmişə müxtəlif problemlərlə müşayiət olunub. Mühacirlərin sayı milyonlarla olanda isə bu, regional və qlobal bir problemə çevrilib. Avropa ölkələrindəki qaçqın düşərgələri və mərkəzlərinin risk zonası olduğu etiraf edilməlidir, çünki sosial və iqtisadi problemlər mühacirlər arasında çarəsizlik yaradır. Bu hal isə yeni gələnləri radikalların asan hədəfinə çevirir. Avropa ölkələri qaçqın axınının baş qaldırdığı ölkələrlə fəal əməkdaşlıq etməlidirlər. Hökumətlərarası əməkdaşlıq bu məsələni həll etməyə kömək edə bilər” – deyə, E.Həsənov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv