YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhə bölgəsində bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır

Müdafiə Nazirliyinin maddi-texniki təminat baş idarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazidə və sərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, maddi-texniki təminat (MTT) baş idarəsi rəisinin müavini - MTT qərargahının rəisi, polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar.

Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv