YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib

Sentyabrın 25-də Romada Custiniani sarayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.

Əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva saraydakı “Konstitusiya”, “Qırmızı” və “Güzgülü” zallarında olub. Qeyd edək ki, bu bina İtaliyanın paytaxtı Roma şəhərinin ən qədim və tarixi tikililərindəndir. İtaliyanın ilk Konstitusiyası məhz burada imzalanıb.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verildi.