YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Demokratik Gənclər İcmasının sədri Azərbaycanda səfərdədir

Avropa Demokratik Gənclər İcmasının (DEMYC) sədri Antonio de Lucia Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində DEMYC-in sədri Antonio de Lucia Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da xatirəsini anıb.

Daha sonra DEMYC-in sədri İtaliyanın Azərbaycandakı səfirliyində olub. O, İtaliyanın ölkəmizdəki səfirinin müavini Giulia Gullotti ilə görüşüb.

Görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadilələri aparılıb və gələcəkdə əməkdaşlığı inkişaf etdirməyin əhəmiyyəti vurğulanıb.

Antonio de Lucia, həmçinin Milli Məclisin deputatı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyev və YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb.

YAP Gənclər Birliyinin ofisi ilə tanışlıq zamanı qonağı maraqlandıran suallar cavablandırılıb.

Görüş müzakirə formatında davam edib.