YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Fransanın Burq Le Valans şəhərinin meri təxribatla məşğuldur

«Fransanın Burq Le Valans şəhərinin meri Marlen Murye Fransa-Azərbaycan əlaqələrinin inkişafı əleyhinə təxribat cəhdləri ilə məşğuldur». Bu fikri “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Marlen Muryenin bütün bunları Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin həllinə dair Parisdə gözlənilən görüşü ərəfəsində etməsi xüsusilə təəssüf doğurur. Onun sözlərinə görə, Fransa ilə Azərbaycan arasında mədəni, iqtisadi əlaqələrin daha da inkişaf etdiyi bir dövrdə Ermənistanın və erməni diasporunun bu cür çirkin, təxribatçı əməlləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qarşı  atılan addımdır.

«Əgər Burq Le Valans şəhərinin meri həqiqətən Şuşa ilə Burq Le Valansın qardaşlaşmasını istəyibsə, bunun üçün Azərbaycan Respublikasının Şuşa rayon İcra Hakimiyyətinə müraciət etməli idi, çünki Şuşa elə Fransa dövlətinin özünün də tanıdığı Azərbaycan ərazisidir. Marlen Muryenin şəxsi mənafeyi naminə təxribat xarakterli addımları dərin təəssüf hissi doğurur və bu, öz ölkəsinin münaqişənin həllində vasitəçilik missiyasına qarşı fəaliyyətdir. “Biz Fransa Prezidenti Fransua Ollandın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünü alqışlayırıq və Paris görüşünə böyük ümidlərlə baxırıq. Marlen Murye kimi şəxslərin özfəaliyyəti isə yüksələn xətlə inkişaf edən Azərbaycan-Fransa dostluq əlaqələrini sarsıda bilməz. Biz Fransa hökumətindən və ictimaiyyətindən bu məsələyə sərt reaksiya veriləcəyini gözləyirik» -deyə B.Səfərov vurğulayıb.