YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lord Risbi: Azərbaycan bizim üçün böyük önəm kəsb edir

Oktyabrın 8-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Oqtay Əsədov Azərbaycan ilə Böyük Britaniya arasında yüksək səviyyədə olan siyasi, iqtisadi əlaqələrdən məmnunluğunu bildirib. Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın da münasibətlərimizə töhfə verdiyini qeyd edib, qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb.

“Azərbaycan bizim üçün böyük önəm kəsb edir”, - deyən Lord Risbi ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. O, Azərbaycandakı sabitliyin, qazanılan uğurların, xüsusilə iqtisadi inkişafın təqdirəlayiq olduğunu söyləyib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.