YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Bakıda Avropa Demokratik Gənclər Birliyinin Mərkəzi Şura iclası keçirilib

Sentyabrın 15-də Bakıda, Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Demokratik Gənclər Birliyinin (DEMYC) Mərkəzi Şura iclası keçirilib.

Şuranın iclasını açan DEMYC-in sədri Havier Hurtado ilk olaraq Azərbaycana səfər etməkdən məmnun olduğunu bildirərək ölkəmizlə bağlı xoş təəssüratlarını ifadə edib. O, həmçinin YAP Gənclər Birliyi ilə fəal əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

  DEMYC-in əməkdaşlıq platforması olduğunu söyləyən Havier Hurtado qurumun  Avropanın ən güclü gənclər təşkilatından biri olduğunu vurğulayıb. O, daha sonra Şuranın iclasındakı məsələlər barədə məlumat verib. İclasda YAP Gənclər Birliyinin və İCAPP-ın gənclər qolunun nümayənələrinin də iştirak etdiyini deyən təşkilat sədri bunun gözəl bir əməkdaşlıq platforması olduğunu söyləyib.   

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucuv çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı naliyyətlər, YAP və onun Gənclər Birliyinin fəaliyyəti haqqında məlumat verib.

 Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, DEMYC-in Şura iclasında Ermənistan-Azərbaycan, dağlıq qarabağ münaqişəsi haqqında təqdimat olub. Təqdimatda Qarabağın tarixi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə dair faktlar slaydlarla təqdim edilib.