YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi ilə Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Sentyabrın 15-də YAP Gənclər Birliyinin sədri Seymur Orucov Bakıda səfərdə olan  Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurasının nümayəndələri ilə görüşüb.

Görüşdə  YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycan Tacikistan və Qırğızıstanla dost ölkədir. Onun sözlərinə görə, YAP Gənclər Birliyi hər iki ölkənin gəncləri ilə əlaqlərin inkişafında maraqlıdır.

Görüşdə qarşılıqlı maraq döğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda  YAP Gənclər Birliyi ilə  Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tərəflərin uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsinə xidmət edir.