YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: “Human Rights Watch” təşkilatının ölkəmiz haqqında qərəzli hesabatları «ənənə» halını alıb

«“Human Rights Watch” təşkilatının növbəti hesabatı da əvvəlkilərin davamıdır. Bu hesabatlar reallıqları əks etdirmir». Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, bu tipli təşkilatların ölkəmiz haqqında qərəzli hesabatları «ənənə» halını alıb. Onun sözlərinə görə, “Human Rights Watch” kimi beynəlxalq QHT-lər eyni mərkəzdən idarə olunurlar.

«Bu cür təşkilatlar müəyyən xarici qüvvələrin sifarişlərini yerinə yetirirlər. Məqsəd isə inkişaf edən, müstəqil siyasət yürüdən dövlətləri təzyiq altında saxlamaqdır. Bu mənada, Azərbaycan haqqında belə qərəzli hesabatların yayılmasının səbəblərini bilirik. Amma bu cür hesabatlarla ölkəmizə təzyiqlər göstərmək mümkün deyil»- deyə, Y.Abramov vurğulayıb.