YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan ordusu cəbhə xəttində mülki əhaliyə qarşı təxribat törədib, infrastruktura ziyan dəyib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri bölmələrinin cəbhə xəttində mülki əhaliyə qarşı törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələri bölmələrinin müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törətdikləri bildirilir.

Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik-Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.

Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib.

Ermənistan tərəfinin bu cür təxribat əməlləri həmişə olduğu kimi, Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində törətməsi məqsədyönlü xarakter daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

DİGƏR Xəbərlər Arxiv