YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi daha çox ölkənin mənfəət qazanması üçün imkanlar vəd edir

Cənub Qaz Dəhlizi daha çox ölkənin mənfəət qazanması üçün imkanlar vəd edir.

Energetika Nazirliyindən bildirilib ki, bu sözləri nazir Pərviz Şahbazov NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə deyib. Görüşdə Azərbaycanın enerji siyasəti, uzunmüddətli perspektivlər, enerji təhlükəsizliyi və qlobal enerji məkanında cərəyan edən proseslər ətrafında müzakirələr aparılıb.

Transatlantik iqtisadi əlaqələr üzrə alt komitənin sədr müavini Jean-Luc Reitzer qlobal enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyini yüksək qiymətləndirib. Hazırda həyata keçirilən layihələr və bərpaolunan enerji mənbələri ilə bağlı ölkənin gələcək inkişaf kursu ilə maraqlanıb.

P.Şahbazov dünyada ilk dəfə neftin sənaye üsulu ilə çıxarıldığı enerji ölkəsi kimi Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Dünyanın enerji məkanına inteqrasiyasında 1994-cü ildən həyata keçirilən neft strategiyası, imzalanan çoxsaylı müqavilələr, Xəzərdə ilk dəfə Azərbaycan vasitəsilə əsası qoyulmuş beynəlxalq əməkdaşlıq və bu əməkdaşlığın bütün tərəflər üçün qarşılıqlı faydaları barədə qonaqlara məlumat verib. Bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri ilə şaxələndirilmiş neft infrastrukturuna malik Azərbaycan diversifikasiya siyasətini qaz sahəsində də uğurla davam etdirir. Avropanın xam neftə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qitənin qaz təchizatında mühüm rol oynayacaq.

“Cənub Qaz Dəhlizi Avropaya yeni mənbədən qazın nəqlini, enerji təhlükəsizliyini təmin etməklə bərabər, ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafına davamlı töhfə verəcək. Çünki Cənub Qaz Dəhlizi konkret həcmlər, istehsalçı, istehlakçı və tranzit ölkələrlə məhdudlaşan kəmər yox, dəhlizdir. Bu isə gələcəkdə daha çox ölkənin mənfəət qazanması üçün imkanlar vəd edir”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı, eyni zamanda, bir neçə istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərdən də danışıb.

Söhbət zamanı parlamentarilərin Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış Konvensiyanın enerji sahəsində əməkdaşlığa təsiri, dünya neft bazarında son tendensiyalar və enerji sektoruna dair digər məsələlərlə bağlı sualları cavablandırılıb.

 

DİGƏR Xəbərlər Arxiv