YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ölkəmizdə gəncliyin inkişafı üçün bütün imkanlar mövcuddur

«Azərbaycan gəncliyi azad düşünür, demokratik cəmiyyətdə  yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Müasir gənclik dövlətdən ən yüksək səviyyədə dəstək alır». Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar yaradılıb. Onun sözlərinə görə, ölkə qanunvericiliyində gənc nəslə dövlət qayğısının prinsipləri müəyyənləşdirilib.

«Eyni zamanda müvafiq dövlət proqramları vasitəsilə gənclərimiz dəstəklənir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Burada məqsəd yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir. Bu gün gənclərimizin hərbi vətənpərvərlik ruhu da çox yüksəkdir»-deyə, deputat qeyd edib.