YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Ölkəmizdə dövlət-din münasibətləri uğurla tənzimlənir

«Azərbaycanda dövlət-din münasibətləri uğurla tənzimlənir». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər.

«Təəssüf ki, dünyada, müxtəlif regionlarda din amilindən yanlış olaraq başqa məqsədlər üçün istifadə olunur. Amma Azərbaycanda belə bir problem yoxdur. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır. Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm kimi dəyərlər dayanır»-deyə, N.Cəfərov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv