YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərviz Şahbazov : "Cənub Qaz Dəhlizi" layihəsinə Mərkəzi və Qərbi Avropa ölkələri də qoşula bilərlər

Perspektivdə "Cənub Qaz Dəhlizi" layihəsinə Mərkəzi və Qərbi Avropa ölkələri də qoşula bilərlər.

Bunu energetika naziri Pərviz Şahbazov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.

Nazir bildirib ki, layihənin strateji əhəmiyyəti təkcə Azərbaycan və iştirakçı ölkələrlə məhdudlaşmır:

“Dünya enerji balansında təbii qazın payı getdikcə artır. Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlər xüsusi rol oynayır. Bu layihə Xəzəryanı ölkələrin qaz infrastrukturunu Avropa ilə birləşdirəcək və bütün Avropanın qaz xəritəsini dəyişəcək. Azərbaycanın enerji tədarükü marşrutlarının və mənbələrin şaxələndirilməsinə rolu daha da artacaq. Bu layihə yeni tədarükçülərin, tranzitçilərin və istehlakçıların cəlb olunması ilə Mərkəzi və Qərbi Avropayadək genişlənmə perspektivlərinə malikdir”.