YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 25-ci iclası keçirilib

Qırğızıstanın Çolpon-Ata şəhərinin yaxınlığındakı “Nomad” Mədəniyyət Mərkəzində MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXV iclası keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin bölmə müdiri Nazim Xıdırov, Rusiyanın TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Kalmıkov, Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Kubanıçbek Taabaldiev, Belarus Teleqraf Agentliyinin Baş direktoru İrina Akuloviç, Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Askar Umarov, MDB İcraiyyə Komitəsinin şöbə müdiri İqor Qriqoryev iştirak ediblər.

İclas başa çatdıqdan sonra iştirakçılar “Kırçın” etnoşəhərciyində olublar.