YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının - IFAC-in beynəlxalq konfransı keçiriləcək

Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının - IFAC-in (IFAC – International Federation of Automatic Control) beynəlxalq konfransı Bakıda keçiriləcək.

Konfransın təşkilat komitəsindən verilən məlumata görə, 13-15 sentyabr tarixlərində baş tutacaq tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır.

Konfransda 37 ölkədən elm adamları ilə yanaşı IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgöwer də iştirak edəcək.

Konfrans Bakı şəhərində Boulevard Hotel Bakuda baş tutacaq. Azərbaycan hökumətinin nümayəndələrinin salamlama nitqləri 13 sentyabr saat 10:00 - 11:00 arası nəzərdə tutulur.

DİGƏR Xəbərlər Arxiv