YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Xırdalanda şahmat məktəbinin açılışında iştirak edib

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində şahmat məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Son vaxtlarda Xırdalanda tikilən sosial təyinatlı obyektlərdən biri də şahmat məktəbidir. Bu məktəbdə də yüksək şərait yaradılıb, balacaların şahmatın sirlərinə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Bütün bunlar Prezident İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilib. Yaradılan şərait şahmatçılarımızın beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazanmasına, yüksək nəticələr əldə etməsinə imkan verib. Şübhəsiz ki, bu məsələdə Xırdalanda inşa olunan şahmat məktəbinin öz yeri olacaq.

Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə yaradılıb.

Şahmat məktəbində yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada məşq otaqları və digər əlavə otaqlar var.

Otaqlardakı kompyuterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur.

Prezident İlham Əliyevə məlumat verildi ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.